“Naxçıvan” Universitetinin əməkdaşları konfransda iştirak edib

137

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “I Beynəlxalq Elm və Texnologiya” mövzusunda konfransı keçirilib. Konfransda Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisələrindən elm adamları və mütəxəssislər iştirak edib. Tədbirdə  “Naxçıvan” Universitetini  “Riyaziyyat və İnformatika” kafedrasının müəllimləri   Nigar Nağıyeva  və Şamil Hümbətov çıxışlar ediblər.

Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov bildirilib ki, bu kimi tədbirlərin  keçirilməsi ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığında mühüm  rol oynayır.

Konfransın plenar iclasında  isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professorları İsaak Elishakof, Natalya Vaysfeld və Natiq Əhmədov məruzə ilə çıxış ediblər. Konfransın işi plenar və seksiya iclaslarında  Azərbaycan, ingilis və rus dillərində davam edib.

Qeyd  edək ki, konfrans ali məktəblərin  elmi işçiləri və  müəllimlərin, mühəndis və texniki elmlər sahəsində çalışan mütəxəssislərin, doktorantların, aspirantların  öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədilə təşkil edilib.

Məlumat üçün bildirək ki, konfransda 10 ölkədən tərtibat qaydalarına  uyğun 100-dən çox məqalə qəbul edilib.

Nuray Əsgərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: