“Nissan” şirkəti dizel avtomobillərin Avropada satışını dayandırır

65

Yaponiyanın tanınmış “Nissan” avtomobil istehsalı şirkəti Avropada dizel avtomobillərin satışını dayandıracağını bəyan edib.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, buna səbəb üç il bundan əvvəl “Volkswagen” şirkətinin işlənmiş qazlarla bağlı saxtalaşdırmaları ortaya çıxdıqdan sonra, avropalı sürücülərin dizel yanacağı ilə işləyən avtomobillərə daha üstünlük verməməsidir. Buna görə də, “Nissan” şirkəti Avropada satışa çıxarılacaq yeni model avtomobillərin dizel mühərriki ilə təchiz edilməsini dayandırmaq barədə qərar qəbul edib.

Bunun əvəzində şirkət atmosferi işlənmiş qazlarla korlamayan hibrid avtomobillərə və elektrmobillərə üstünlük verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: