Fransa portalında Şuşanın işğalından bəhs edən məqalə yayılıb

63

Fransanın Islamnews.fr portalında Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən məqalə yayılıb.

NUHÇIXAN-ın məlumatına görə, məqalədə qeyd edilir ki, 1945-ci il mayın 8-i alman nasistləri üzərində Qələbə günü kimi xatırlansa da, 1992-ci il mayın 8-i azərbaycanlılar üçün Şuşanın Ermənistan ordusu tərəfindən işğal olunduğu kədərli gündür.

Milli musiqi beşiyi olan Şuşada Azərbaycan mədəniyyətinin ən gözəl səhifələrinin yazıldığı, onun ölkənin milli mədəniyyətinin döyünən ürəyi olduğu diqqətə çatdırılır.

Yazıda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşada tarixi, mədəni abidələrin dağıdıldığı qeyd edilir.

Şuşanın 26 ildir işğal altında olduğunu vurğulayan müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ərazimizin 20 faizinin zəbt olunmasından, bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, BMT TŞ-nin 4 qətnaməsindən bəhs edir.

Bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa işğal olunmuş torpaqların azad edilməsinə və qlobal barışıq çərçivəsində qaçqınların hüquqlarının tanınmasına əsaslanan sülh təşəbbüsünü yeniləməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: