Hərbi hissələrə növbəti dəfə 2 tona yaxın sarımsaq hədiyyə edilib

245

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar tərəfindən hərbi hissələrə növbəti dəfə 2 tona yaxın sarımsaq təqdim edilib. Kəngərli rayonunun Şahtaxtı kənd sakini Rüfət İsmayılov 1250 kq və Şərur rayonunun Dərvişlər kənd sakini Etibar Şahtaxtinski 600 kq sarımsağı əsgərlərə hədiyyə edib. Tədbirdə dövlət qayğısından və xalq-ordu birliyindən danışan hərbi hissənin zabiti Elvin Xəlilov və əsgər Taryel Məhərrəmov minnətdarlıq ediblər.

Nəriman Nəcəfov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: