Hərbi qulluqçular arasında voleybol birinciliyinin qalibləri müəyyənləşib

130

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri yarış Olimpiya sistemi üzrə keçirilib. Ümumi nəticələrə əsasən birinci yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, üçüncü yerdə isə motoatıcılar qərarlaşıb. Qalib komandalara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən diplom və kuboklar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: