Yeni inzibati bina inşa olunur

270

Son illər muxtar respublikada baytarlıq xidmətinin nümunəvi təşkili üçün ardıcıl tədbirlər həyata keçirilib, bu sahənin maddi-texniki bazası gücləndirilib. Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizlyinin təmin olunmasında bu sahənin oynadığı mühüm rol nəzərə alınaraq Dövlət Baytarlıq Xidmətinin tabeliyindəki qurumların da iş şəraiti yaxşılaşdırılır, süni mayalandırma tədbirlərinin aparılması üçün lazımi avadanlıqlar verilir. Cari ilin aprel ayından etibarən Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin və  Babək Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 

Cari ilin noyabr ayından etibarən tikintisinə başlanılan inzibati bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda  burada təməlatma işləri aparılır. Qeyd edək ki, müasir layihə əsasında inşa olunan və  Babək Rayon Baytarlıq İdarəsinin birinci mərtəbəsində  dərman və boyaq maddələrinin saxlanılması və qəbul otaqları, eləcə də arxiv yerləşəcək. İkinci  mərtəbədə isə virusoloq-həkim, terapevt-həkim, epizootik-həkim, süni mayalanma otağı, laborant-sanitar otağı və laboratoriyalar fəaliyyət göstərəcək. 

Məlumat üçün deyək ki, bu il təşkil olunmasının 40 illiyini qeyd edən Babək rayonunda 13 dövlət orqanın yerləşdiyi dördmərtəbəli inzibati bina yenidən qurulub, rayon Elektrik Şəbəkəsi üçün yeni bina inşa olunub. 

Muxtar Rzazadə

“Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: