AMEA-nın prezidenti Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək

125

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də Ukraynaya səfərə gələcək.

NUHÇIXAN xəbər verir ki, A.Əlizadə Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.

Səfər çərçivəsində A.Əlizadə Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Paton ilə görüşəcək, iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, B.Patonun noyabrın 27-də 100 yaşı tamam olub. Onun yubileyi dövlət səviyyəsində qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: