Naxçıvanda Beynəlxalq Əlillər Günü qeyd edilib

186

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək  Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət  nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə “Gənclik Mərkəzi”nin foyesində təşkil olunan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra “Beynəlxalq Əlillər Günü”nə həsr olunan konsert və sərgilərdə fəal iştirak edən şagirdlər mükafatlandırılıblar.

Sonda  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların ifasında konsert olub. Konsertdə şagirdlər ritmik muğam, xalq rəqsləri, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif Adıgözəlov və başqalarının müxtəlif janrlı əsərlərini  səsləndiriblər.

Sadiq Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: