Naxçıvan Biznes Mərkəzində seminar keçirilib

155

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ixracyönümlü müəssisələrin sahibkarları ilə maarifləndirici seminar keçirilib.

Seminarda  İqtisadiyyat Nazirliyinin əməkdaşları sahibkarlıq sahəsində qarşıda duran vəzifələrdən və muxtar respublikada istehsal olunan məhsulların ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd edilib ki təkcə cari ilin yanvar-oktyabr aylarında  muxtar respublikada 374 milyon  768 min ABŞ dolları xarici ticarət dövriyyəsi qeydə alınıb və ixracın dəyəri bir il öncəyə nisbətdə artaraq 330 milyon ABŞ dollarından artıq olub. Xarici ticarətdə 286 milyon ABŞ dollarına yaxın müsbət saldo yaranıb.

Vurğulanıb ki, Naxçıvanın ixrac potensialını artıran addımlardan biri də 2017-ci ilin oktyabrında Türkiyə Respublikası Hökümətinin qəbul etdiyi qərardır. Xatırladaq ki, bu qərara əsasən  qardaş ölkəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanı verilib.

O da qeyd edilib ki, təkcə ötən il ərzində 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılıb.

Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun icraçı direktoru Seymur Cəfərov   fondun yeni qaydalarını ətraflı şərh edib.

Tədbirdə  sahibkarlara  muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab edilən 40  yeni layihə  təqdim olunub.

                                                                    Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: