Ali Məclisin Sədri Fərman imzaladı

6. 113

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilsin”.

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra  Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: