NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib.
“3 dekabr-Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş yarış Naxçıvan şəhər Şahmat Mərkəzində keçirilib. Birincilikdə yaşı 18-ə qədər olan 24 sağlamlıq imkanları məhdud şahmatçı iştirak edib. Yarış İsveçrə sistemi üzrə 5 turdan ibarət olub. Yarışın sonunda daha çox xal toplayan Naxçıvan şəhər şahmatçısı Allahverdi Əsgərov birinciliyin qalibi olub. Ordubad rayon təmsilçisi Səlim Sadıqlı 2-ci, Babək rayon şahmatçısı Samir İmanquliyev isə 3-cü yerə layiq görülüb.
Sonda yer tutan şahmatçılara təşkilatçılar tərəfindən diplom, hədiyyə və pul mükafatlar təqdim olunub.
Şahmat yarışı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Paralimpiya və Şahmat Federasiyalarının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Elvin Quliyev