Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində tədbir olub

359

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi ilə bağlı tədbir olub.

Ötən il Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən  layihənin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti, Naxçıvan Əlahiddə Sərhəd Diviziyası, Xarici İşlər İdarəsi, Daxili İşlər Nazirliyi, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları  iştirak  ediblər.

Toplantıda iştirak edən Beynəlxalq Miqrasiya Təşkilatının  Regional ofisinin əməkdaşı Oksana Nazarçuk və yerli inkişaf üzrə ekspert Kristian Buqnion de Moreta layihənin məqsədləri ilə bağlı yekun fikirlərini səsləndiriblər.

Bildirilib ki, bu layihə  Miqrasiya Xidməti əməkdaşlarının peşə təcrübələrinin artırılmasına, digər ölkələrin bu sahə ilə bağlı  təcrübələrinin öyrənilməsinə öz töhfəsini verir.

Qarşılıqlı müzakirələrdən sonra layihənin qiymətləndirilməsi aparılıb.

                                                                Aygün Hüseynli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: