Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

135

NUHÇIXAN-ın məlumatına görə, Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ictimai-siyasi gərginlik artır. Bir vaxtlar Sarkisyan hökumətini sərt tənqid edən təhlükəsizlik xidmətinin sabiq rəhbəri David Şahnazaryan indi də Nikol Paşinyanı ölkəni tənəzzül və siyasi xaosa sürükləməkdə günahlandırır. Sadə vətəndaşların yoxsulluq girdabında boğulduğu  bir vaxtda  hakimiyyəti yalnız seçkilərin  maraqlandırması narazılıqları artırır.

Ermənistanda istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə ağırlaşması müşahidə olunur. Dekabarın ilk on günlüyündə keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra da işğalçı ölkədə hər hansı bir müsbətə doğru dəyişikliyin olmayacağı gözlənilir. Əhalinin sosial vəziyyəti dözülməz həddədir, ancaq hökuməti bunların heç biri maraqlandırmır. O, cəmiyyəti hökumət rəhbəri olmağa iddialı bu şəxsi təcili şəkildə zərərsizləşdirməyə çağırıb. Əks təqdirdə qarşıdakı dövr ərzində Ermənistan kifayət qədər çətin vəziyyətlə üzləşəcək. Baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın seçkiqabağı kampaniyada aktiv iştirak üçün məzuniyyətə çıxdığını elan etməsindən sonra ona qarşı təzyiqlər də artmağa başlayıb. Belə ki, o, daha əvvəl seçkiqabağı kampaniya üçün məzuniyyətə ehtiyac duymadığını deyirdi. Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan keçirdiyi mətbuat konfransında baş nazir səlahiyyətlərini icra edən bu şəxsin aşkar surətdə “Mənim addımım” blokunu ölkə maraqlarından üstün tutduğunu bildirib. Qeyd edib ki, Ermənistanda bu qədər problemin yığılıb qaldığı bir vaxtda baş nazirin siyasi ambisiyalarına görə iki həftəlik məzuniyyət götürməsi yolverilməzdir. Sitat: “Doğrudanmı bu adam üçün ölkənin iqtisadi və sosial vəziyyəti, KTMT ilə bağlı yaranan problemlər heç bir əhəmiyyət kəsb etmir?! Paşinyan ancaq səs dalınca qaçır. Onsuz da seçkiləri udacaq, ancaq hələ də daha çox səs yığmağı düşünür”. Aşotyan onu da vurğulayıb ki, Paşinyanı və onun komandasını seçki gecəsi böyük sürpriz gözləyir. “Qanunilik ölkəsi” partiyasının sədri Artur Baqdasaryan isə qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 8 ay ötsə də, hər hansı bir yenilik qeydə alınmayıb: Sitat:  “Artıq 8 ay keçib. Bu müddətdə 30 il ərzində yığılıb qalan problemləri həll etmək mümkün deyil. Lakin 8 ayda Ermənistanın necə inkişaf edəcəyini göstərmək olar. Biz bu gün inkişafın dəqiq yolunu görmürük. Ona görə də seçkilərdə iştirak edirik”. Ermənistanda seçkilərdən sonra da hər hansı bir yeniliyin olmayacağını əhali özü də yaxşı başa düşür. Hər an sosial partlayışların olacağı istisna edilmir. Səfalət içində yaşayan insanların sayı bir qədər də artıb. Ağır  həyat şərtlərinə  dözə bilməyən əhali miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Kəndlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Həmin ailələrin əməkqabiliyyətli kişiləri isə ölkə xaricində miqrant kimi çalışırlar. Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. 2019-cu ildə isə  dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Bu isə  vəziyyəti daha da ağırlaşdıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: