Rusiyalı politoloq: Ermənistanda Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldıracaq hakimiyyət komandası yoxdur

128

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində sürprizlərin olacağı istisna deyil. Paşinyanın ətrafında Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldıracaq hakimiyyət komandası da yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu fikri “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Mərkəzinin təşkil etdiyi Moskva-Yerevan telekörpüsündə rusiyalı politoloq Andrey Areşev söyləyib. Onun sözlərinə görə, erməni cəmiyyətində eyforiyadan sonra bir tənəzzül hiss olunur. Politoloqun qənaətinə görə, şənbə günü Paşinyanın keçirdiyi mitinq-yürüşdə daha az adamın iştirakı bunun bariz nümunəsidir.

A.Areşev əlavə edib ki, yaxın vaxtlarda Rusiya və Ermənistanın qarşılaşacağı yeni çağırışları hazırkı rejimlə birlikdə həll etmək çox çətin olacaq. Belə ki, dekabrın 1-dən Ermənistana gələn yüklərin əsas hissəsinin daşındığı Qafqaz-Poti marşrutu ilə yükdaşımalarının həcmi azalacaq. Çünki Ermənistanı gözləyən nəqliyyat-logistika problemləri inersiya yox, operativ əlaqələndirmə tələb edir.

Politoloq, həmçinin Ermənistanda daxili siyasi vəziyyətin daha da radikallaşacağı qənaətindədir. O, bu kontekstdə “Sasna tsrer” partiyasının siyasi-texnoloji layihə olacağını da əlavə edib.

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək. Seçkilərdə 2 blok və 9 partiya iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: