İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.