Şərurda quruculuq işləri başa çatır

119

Bu ilin ortalarından Şərur rayonunun Kərimbəyli kəndində tikinti-quruculuq tədbirlərinə başlanıb. NUHÇIXAN xəbər verir ki, artıq «Gəmiqaya Şirkəti» MMC buradakı obyektlərdə nəzərdə tutulmuş işləri başa çatdırmaq üzrədir.

Kənddə inşa olunan 270 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada sinif otaqları, kimya, fizika və biologiya laboratoriyaları, kompüter və elektron lövhəli siniflər, idman zalı, kitabxana, qazanxana və yeməkxana fəaliyyət göstərəcək.

Digər bir obyekt isə iki mərtəbədən ibarət olan kənd mərkəzidir. Binanın birinci mərtəbəsində kitabxana, polis və baytarlıq məntəqələri, poçt və ATS üçün otaqlar hazırlanıb. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP-ın ərazi ilk təşkilatı, klub və iclas zalı üçün otaqlar var.

Artıq adıçəkilən obyektlərdə işlər tamamlanır, düzəldilmiş yaşıllıq zolaqlarına həmişəyaşıl ağaclar, gül kolları əkilir, piyadalar üçün səkilər düzəldilir.

“Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: