Britaniyanın milli sərvəti oğurlanıb

90

Britaniyanın Nottinqhemşir əyalətindəki tarixi Uelbek malikanəsində qorunub saxlanılan və brilyantlarla bəzədilmiş “Portlend Tiar”ı (“Portlend tacı”) oğurlanıb.

NUHÇIXAN “Mirror” qəzetinə istinadla xəbər verir ki, Londondakı Viktoriya və Albert Muzeyinin zərgərlik məmulatları kolleksiyası üzrə kuratoru Riçard Eckumbenin sözlərinə görə, bu qiymətli əşya Böyük Britaniyanın milli sərvəti sayılır. O qeyd edib ki, 1902-ci ildə Lui Fransua-Kartyenin ərsəyə gətirdiyi bu sənət əsərinin üzərinə Portlend hersoqları sülaləsinə məxsus iri karatlı brilyant daşlar düzülüb. Britaniya kralı VII Edvardın tacqoyma mərasimində sülalənin altıncı hersoqunun xanımı Uinifred məhz bu tacla iştirak edib.

Qiymətli tacla yanaşı, malikanədən brilyant sancaq da oğurlanıb. Oğrular hər iki əşyanı götürərək, yerlərinə onların saxtasını qoyublar. Siqnalizasiya sisteminin işə düşməsinə rəğmən onları yaxalamaq mümkün olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: