“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında müxtəlif dillərdə məqalələr yaradılıb

122

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Milli qəhrəmanlarımız Rafael Əsədov, Vüqar Hüseynov, Ələkbər Əliyev haqqında türkcə “Vikipediya”da məqalələr yaradılıb.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə məlumat verilir.

Məqalələrin yaradılması prosesinə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, İstanbul Universitetinin magistrantı Mərdan Orucoğlu və tanınmış “Vikipediya” idarəçisi Araz Yaquboğlu dəstək veriblər. Həmçinin ingilis dilində olan “Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında da məqalə yerləşdirilib.

Məqalələrlə aşagidakı linklərdə tanış olmaq mümkündür:

https://tr.wikipedia.org/wiki/Rafael_Esedov?fbclid=IwAR0NitSw7nIv2pz18sdBVZp8HBSPlyeUfkSY6slDzT7DHyB-lF5QoQPkCOQ

https://tr.wikipedia.org/wiki/Vugar_Huseynov?fbclid=IwAR3gqA–L0Z1FhCMV6V3GWlaHE94JZF648jFcb_qyrmmBZgNr42C3QYFVXQ

https://tr.wikipedia.org/wiki/Alekber_Aliyev?fbclid=IwAR3QHOow1mqF_i–VG13INqMcBjP37IWdlLRSozPD6hWxgJL0XL73eqHKbM

https://en.wikipedia.org/wiki/Tabriz_Khalilbeyli?fbclid=IwAR0BnXT-Uum6Wq9B-ZJ8gDZXptNJMswmesRhY6DYY9GdGZwyOODUZwaXr5E

Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması prosesi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: