Şahbuz rayonunda iqtisadi tərəqqi müşahidə edilir

168

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda 2018-ci ilin yanvar-oktyabr aylarında 9 milyon 988 min 200 manatlıq, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon 230 min 800 manat və ya ötən  ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində qoyulan vəsaitin dəyəri bir il öncəyə nisbətən 1,3 faiz artaraq 21 milyon 930 min 400 manat təşkil edib. Bu aylarda rayonda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 374,4 manat olub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 101,2 faiz təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: