“Samsung” işdə xəstəliyə düçar olmuş əməkdaşlarına kompensasiya ödəyəcək

110

Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin rəhbərliyi istehsal prosesində müxtəlif xəstəliklərlə üzləşmiş əməkdaşlarından üzr istəyib.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, üzrxahlıq şirkətin çip və ekran istehsalı sahəsində çalışan əməkdaşlarının rəhbərliklə 10 ildən çoxdur davam edən mübahisəsinə son qoyub. “Samsung Electronics”in prezidenti və İdarə Heyətinin sədri Kim Ki-nam xəstəliklərə düçar olan əməkdaşlara vasitəçilər komissiyasının hazırladığı plana uyğun olaraq müvafiq kompensasiyaların veriləcəyini deyib. “Sevimli əməkdaşlarımız və onların ailə üzvləri uzun illər əziyyət çəkiblər, amma “Samsung Electronics” əvvəllər məsələni həll etməyib”, – deyən Kim Ki-nam əlavə edib ki, bizim bu ağrıya diqqətimiz kifayət qədər olmayıb.

Qeyd edək ki, əməkdaşlar və şirkət rəhbərliyi arasında məsələyə dair mübahisə 2007-ci ildə “Samsung”un çip istehsalı sexində çalışan Hvanq Yu-mi adlı işçinin leykoz xəstəliyindən vəfat etməsi ilə başlayıb. Bundan sonra, şirkətdə iş prosesində müxtəlif xəstəliklərlə üzləşmiş əməkdaşlar “Samsung”dan kompensasiya tələb ediblər. Cari ilin iyulunda şirkət ilə xəstələnmiş əməkdaşlar qrupu arasında əldə olunan razılığa əsasən, tərəflər vasitəçilər komissiyasının məsələ ilə əlaqədar qəbul edəcəyi qərarlarla şərtsiz razılaşacaq. Noyabrın əvvəlində vasitəçilər komissiyası əməkdaşlara 150 milyon vona (təxminən 131 min ABŞ dolları) qədər kompensasiya verilməsi barədə qərar qəbul edib. 1984-cü ildən bəri “Samsung Electronics”də çalışmış və xəstəliyə düçar olmuş hər bir şəxs kompensasiya üçün müraciət edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: