“Kitab qoy kitab götür”-layihəsi davam edir

145

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Kitabxanasında “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib. Qeyd olunub ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy kitab götür” layihəyəsinə 20 iyul 2018-ci il tarixdən Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib və orada ayrılmış müəyyən bir güşədə eyni zamanda Gənclər və İdman Nazirliyində layihə davam etməkdədir. Bu günədək layihədə 120 nəfər iştirak edib. Təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihə ilə bağlı gənclərin sualları cavablandırıldıqdan sonar gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdiriblər. 

Daha sonar kampaniya “Naxçıvan” Universitetinin həyətində davam edib. Qeyd edək ki, təbliğat kampaniyası bundan sonar muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda digər ali və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: