Taksi sürücüləri Tarix Muzeyində olublar

102

NUHÇIXAN xəbər verir ki, taksi xidməti göstərən sürücülər Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Məlumat verilib ki, Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında 41 mindən artıq eksponat mühafizə olunur. Burada Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları və digər eksponatlar maraq doğurub. Diqqətə çatdırılıb ki, muzey nəinki mədəni xidmət ocağı, həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərir. Burada  səyyar sərgilər təşkil olunur, görüşlər, elmi-nəzəri və təcrübi konfranslar, dəyirmi masa və digər maarifləndirici tədbirlər həyata keçirilir.

Sürücülərin muzeylərə ziyarəti bundan sonra da davam etdiriləcək.                                                             

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: