Ali təhsil ocağında kitab müzakirəsi keçirilib

180

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində Mister Hemferin “Xatirələri”. (İngilis casusunun etirafları) və Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi keçirilib. Tədbirdə fakültənin dekanı Yasin Babazadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar”la bağlı imzaladığı Sərəncam haqqında məlumat verib. Onun  gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət etməsi və mahiyyətindən danışıb. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu vərdişlər  gənclərdə mütaliəyə olan marağın artması ilə bərabər  onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və tələbələri maraqlandıran suallara cavablar verilib.

Nuray ƏSGƏROVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: