Antarktidada naməlum enerji mənbəyi aşkar edilib

144

Beynəlxalq tədqiqatçılardan ibarət qrup Antarktidada böyük geotermal şüalanma mənbəyi aşkar edib.

NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Science Alert” portalı məlumat verib.

Qeyd olunur ki, mənbə buz qatından üç kilometr dərinlikdə yerləşir və buz plitələrinin əriməsinə səbəb ola bilər.

Tədqiqatın yekun nəticələrinə əsasən, bu ərazidə buz aşağıdan əriyir, ərimiş su isə buzaltı gölə axır.

İstilik mənbəyinin yaranmasının səbəbi hələlik bəlli deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: