Yaponiya kosmik bölmə yaradacaq

110

Yaponiya Müdafiə Nazirliyi özünün müdafiə üzrə yeni rəhbər sənədlərinə kosmik bölmənin yaradılması məsələsini də daxil edəcək.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, milli müdafiə üzrə proqramın əsas prinsiplərinə son beş ildə ilk dəfə olaraq gələn ay baxılacaq. Yaponiya hökuməti kosmos və kibertəhlükəsizlik məsələlərini özünün müdafiə strategiyasının prioritet istiqamətləri adlandırıb.

Yeni bölmənin missiyası həm yerdə, həm də təyyarələrdə quraşdırılan radarlar vasitəsilə əldə edilən, eyni zamanda, ABŞ tərəfindən verilən informasiyaları təhlil etməkdən ibarət olacaq.

Nazirlik yeni kosmik bölməni 2022-ci ildə Tokionun Fuçyu bazasında yaratmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: