Kosacanda Kənd Mərkəzinin açılışı olub

331

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-də Kosacanda yeni kənd mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, kənd mərkəzində 9 dövlət təşkilatı – inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb və lazımi invertarlarla təchiz edilib. Kənd kitabxanasında 2589 kitab vardır.

Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının 183 üzvündən 30-u gənc, 68-i isə qadındır.

Ali Məclisin Sədri 1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunduğunu və ötən dövrdə partiyanın böyük inkişaf yolu keçdiyini bildirib, Yeni Azərbaycan Partiyası Kosacan kənd ərazi ilk təşkilatının üzvlərini, eləcə də onların timsalında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bütün üzvlərini və təəssübkeşlərini təbrik edib.

Rabitə evində yeni poçt bölməsi fəaliyyətə başlayıb, 384 yerlik yeni nəsil ATS quraşdırılıb. Baxış zamanı qeyd olunub ki, kəndə 2 min metr fiber-optik xətt çəkilib, sürətli və kəsintisiz internetə çıxış imkanı yaradılıb. Kənddə 49 internet istifadəçisi vardır.

Binanın birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilib. Qeyd olunub ki, bu il Kosacan kəndində 13 uşaq doğulub. Hazırda 15 hamilə qadın məntəqədə qeydiyyatdadır.

Ali Məclisin Sədri əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqlarda peyvənd və hamilə qadınlarda patronaj işinin təşkili ilə bağlı tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: