NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü ilə əlaqədar Ordubad rayonunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, blokada şəraitində, böyük çətinliklər hesabına yaranmış Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətli və davamlı inkişafının əsas təminatçısıdır. Bu gün sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, milli dövlətçiliyin qorunması Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının təməl prinsiplərindəndir.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının 54 ərazi ilk təşkilatı fəaliyyət göstərir və sıralarında 6 min 74 üzvü birləşdirir.
Tədbir çıxışlarla davam edib.
Cavid Səfərli