Azərbaycan idmançıları Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatında uğurla çıxış ediblər.
Azərbaycan Universal Döyüş Federasiyasından NUHÇIXAN-a bildirib ki, idmançılarımız klassik və layt versiyaları üzrə mübarizə aparıblar.
Əlli səkkiz ölkədən 350-dək idmançının qatıldığı dünya çempionatında klassik versiyada 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvləri Asif Səmədli (90 kq) gümüş, Fərid Hüseynov (65 kq), Orxan Qurbanov (75 kq) və Mehman Hüseynov (85 kq) bürünc medala sahib olublar.
Layt versiyada isə Orxan Şükürov (75 kq) çempionatı ikinci, Əli Həsənli (80 kq) və Namiq Əlizadə (90 kq) üçüncü pillədə başa vurublar.
Millimiz turnirdə Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi altında mübarizə aparıb.