Beynəlxalq tələbə həftəsinə yekun vurulub

128

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə,  universitetdə Beynəlxalq Tələbə həftəsinə həsr edilən yekun tədbir keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilən tədbirlərin əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili olduğunu  bildirib.

Çıxış edən tələbələr ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nəzərə çatdırıblar. Bildirilib ki, ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Sonda Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilmiş müsabiqələrdə yer tutmuş tələbələr mükafatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: