“Dərman bitkilərindən səmərəli istifadə qaydaları” kitabı çap olunub

116

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, professor Əliyar İbrahimov və həmin şöbənin aparıcı elmi işçisi, biologiya elmləri doktoru FatmaxanımNəbiyevanınhəmmüəllifi olduqları “Dərman bitkilərindən səmərəli istifadə qaydaları”adlı kitab işıq üzü görüb.

Akademik Tariyel Talıbovun elmi redaktoru olduğu yeni nəşr Naxçıvan Muxtar Respublikasının zəngin dərman bitkilərinə və onlardan səmərəli istifadəyə həsr olunub.

Kitabda dərman bitkilərinin müalicəvi əhəmiyyəti, yayılması, perspektiv növləri, bioekoloji, fitosenoloji xüsusiyyətləri, elmi və xalq təbabətində fitoterapiya, etnobotaniki, aromaterapiya üsulları ilə istifadə olunması əksini tapıb. Əsas diqqət dərman bitkilərindən düzgün və uzunmüddətli istifadə imkanlarına yönəlib.

“Dərman bitkilərini tanıyaq” başlığı altında fotoşəkillər, həmçinin dərman bitkilərinin nə vaxt və hansı hissələrinin toplanması ilə bağlı cədvəl də verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: