Noyabrın 19-da UEFA Millətlər Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib.
NUHÇIXAN xəbər verir ki, turun ikinci günündə 9 qarşılaşma olub.
Turun mərkəzi qarşılaşması Almaniyada oynanılıb. A Liqasının 1-ci qrupunda Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Bundestim görüşün əvvəllərində iki qolla öndə olsa da, sonlara doğru qapısından eyni sayda top buraxaraq, qələbəni əldən verib. Bu heç-heçə nəticəsində Hollandiya qrup qalibinə çevrilib və pley-offa yüksəlib. Almaniya isə hələ ötən turdakı sonuncu yerin sahibi kimi B Liqasına enib.
C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniya ilə heç-heçə edib – 1:1. Qolu “Xəzər Lənkəran”ın sabiq futbolçusu Qalin İvanov vurub.
Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:
A Liqası 1-ci qrup
Almaniya – Hollandiya – 2:2
B liqası 1-ci qrup
Çexiya – Slovakiya – 1:0
B liqası 4-cü qrup
Danimarka – İrlandiya – 0:0
C liqası 3-cü qrup
Bolqarıstan – Sloveniya – 1:1
Kipr – Norveç – 0:2
D liqası 1-ci qrup
Andorra – Latviya – 0:0
Gürcüstan – Qazaxıstan – 2:1
D liqası 4-cü qrup
Makedoniya – Cəbəllütariq – 4:0
Lixtenşteyn – Ermənistan – 2:2