Mark Sukerberq “Bloomberg”in milyarderlər indeksində altıncı pilləyə enib

119

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq kompaniyasının ABŞ-da keçirilən seçkilərə “Rusiya müdaxiləsi” ilə əlaqədar qalmaqal fonunda ilin əvvəlindən bəri 17,4 milyard dollar pul itirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index” reytinqinin (BBI) məlumatında yer alıb. İndeks milyarderlərin paylarının olduğu kompaniyaların aksiyalarının dəyərləri əsasında hesablanır. BBI reytinqi ümumilikdə dünyanın ən varlı 500 şəxsini əhatə edir.

“Facebook” kompaniyasının aksiyaları noyabrın 16-da hərracın sona çatmasına qədər 3 faiz itirərək 139,53 dollara qədər ucuzlaşıb və 2017-ci ilin aprel ayında qeydə alınan minimuma çatıb. Beləliklə, Sukerberq bir ticarət sessiyasında 1,63 milyard dollar “kasıblayıb”. Hazırda onun varidatı 55,3 milyard dollar həcmində qiymətləndirilir.

Aksiyaların ucuzlaşması nəticəsində Mark Sukerberq reytinqin altıncı pilləsinə enib. Halbuki o, iyul ayında yalnız “Amazon” kompaniyasının sahiblərindən biri Ceff Bezosdan və “Microsoft” kompaniyasının yaradıcısı Bill Qeytsdən geri qalaraq planetin ən varlı üç insanının arasında idi. O zaman Sukerberqin varidatı 86,6 milyard dollar həcmində qiymətləndirilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: