Ali təhsil ocağının kollektivi Dövlət Bayrağı Muzeyini ziyarət edib

137

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin kollektivi Dövlət Bayrağı Muzeyində olub.

Ziyarətçilərə Dövlət Bayrağı Muzeyi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan Şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli sərəncamı ilə yaradılıb. Bayraq Muzeyində ümumilikdə 134 eksponat mühafizə olunur və nümayiş etdirilir. Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur.

Universitetin kollektivi muzeydə sərgilənən  müxtəlif dövrlərə aid digər eksponatlara da  baxıblar.

 

Səadət Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: