Ümumordu iməciliyi keçiriləcək

142

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 24-də – park təsərrüfat günündə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində iməciliklər təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməciliklər zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: