Google Pixel 3 Lite smartfonunun ilk fotoları və texniki göstəriciləri sızdırıldı

153

NUHÇIXAN xəbər verir ki, Rozetked adlı saytın əməkdaşları Google Pixel 3 Lite (Sargo kod adlı) smartfonunun test versiyasını əldə ediblər. Lite versiya xarici görünüşcə Pixel 3 və Pixel 3 XL modellərini xatırladır. Lakin onlardan fərqli olaraq Lite versiya plastik korpusa və stereo səsgücləndiricilərə sahib deyil. Buna baxmayaraq Lite versiya ənənəvi 3.5 mm-lik audiogirişə və USB-C girişinə sahibdir. Beləliklə Google Pixel 3 Lite modeli Full HD+ keyfiyyətli 5.56 inç IPSekran, Snapdragon 670 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 12 MP-lik arxa kamera və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 2915 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Təbii ki. smartfon Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Google Pixel 3 Lite modelinin təqribi qiyməti 400-500$ təşkil edəcək. Smartfon ya bu ilin sonunda yada gələn ilin əvvəlində təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: