Qafqaz sıra dağlarında ən hündür nöqtələrdən birinə böyük qırğız yazıçısı Çingiz Aytmatovun şərəfinə “Aytmatov zirvəsi” adı verilib.
NUHÇIXAN xəbər verir ki, qırğız alpinistləri bu zirvəyə dövlət bayrağını sancıb, “Aytmatov zirvəsi” adlı lövhə vurublar.
Alpinistlər vətənə qayıtdıqdan sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu mühüm hadisə ilə bağlı onları və ölkə vətəndaşlarını təbrik edib.