Baş Qərargah rəisi KQHO yekunlarına dair müşavirə keçirib

114

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının yekunlarına dair müşavirə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Baş Qərargah rəisi nəticələri təhlil edərək bildirib ki, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov qeyd edib ki, müdafiə nazirinin göstərişinə əsasən komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların istifadəsinə yönəldilib və ilk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub.

Baş Qərargah rəisi bildirib ki, hərb oyunlarında qoşunların qarşılıqlı fəaliyyətinin təşkilində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub, tapşırıqların yerinə yetirilməsində şəxsi heyət yüksək bilik, vərdiş, bacarıq və peşəkarlıq nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: