Bu gün “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının altıncı turunun oyunlarına start veriləcək

61

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının altıncı turunda “A” qrupunda mübarizə aparan və hazırda turnir cədvəlinə liderlik edən qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, digər görüşlərdə Hollandiya təmsilçisi Serqey Tviyakov ukraynalı qrossmeyster Anton Korobovla, qrossmeyster Qədir Hüseynov almaniyalı qrossmeyster İqor Xenkinlə, Yunanıstan təmsilçisi Kotronias Vasillios qrossmeyster Nicat Məmmədovla, İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyev israilli qrossmeyster İlya Smirinlə, ukraynalı qrossmeyster Vitaliy Bernardskiy iranlı həmkarı Ehsan Qaem Məqami ilə, turkiyəli qrossmeyster Sanal Vahap isə iranlı beynəlxalq usta Əlirza Firuzca ilə qarşılaşacaq.

“B” qrupunun lideri Samir Davidov Təbriz İdrisovla, Fariz Əhmədov Şahin Hüseynovla, Süleyman Süleymanlı iranlı həmkarı Cəfər Xamisi ilə, Elvin Bayramov Fatimə Əhmədova ilə, Nihad Mustafayev Rasim Əliyevlə, Nihad Əsgərov iranlı Saeb Barzegarla üz-üzə gələcək.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə Əli Zuqanov-Niyazi Qafarov, Rəsul Tarverdiyev-Zahid Allahverdiyev, Firəngiz Tarverdiyeva-Leyla Quliyeva arasında oyunlar keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: