Şən və hazırcavablar klubları arasında müsabiqənin qalibləri müəyyənləşib

141

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında müsabiqə keçirilib. Keçirilən tədbirdə 410 gənc iştirak edib.

Müsabiqədə iştirak edən komandalar  hər biri 15 dəqiqə olmaqla müxtəlif səhnəciklər nümayiş etdiriblər. Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar daha çox gənclikdən bəhs edən mövzulara üstünlük verilib. Qalibləri müəyyənləşdirmək üçün ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən  1 nəfər müəllim olmaqla 5 nəfər üzvdən ibarət münsiflər heyəti təyin olunub. Sonda münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Karvan” komandası I, Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” komandası II, Naxçıvan Müəllimlər İnstitutunun “Təbəssüm” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar 16 noyabr 2018-ci il tarixdə “Gənclik Mərkəzi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar. 

Müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

      Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: