Karate-do üzrə yoldaşlıq görüşü keçirilib
NUHÇIXAN xəbər verir ki, qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü olub. Görüş Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə həyata keçirilib.
Naxçıvan şəhər və Ordubad rayon Gənclər və İdman İdarələri, eləcə də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan görüş Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında baş tutub. Yarışda 60 qız idmançı 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə yarışıblar. Komanda hesabında Naxçıvan komandası I, Ordubad karateçiləri II, Şərur komandası isə III yerə layiq görülüblər.
Sonda qaliblər təşkilatçıların diplom və medalları ilə təltif olunublar.
Elvin Quliyev