Ermənistanın sabiq prezidenti parlament seçkilərini boykot edib

113

Ermənistanda gərginlik və qeyri-stabillik artır. Siyasi ekspertlər bildirirlər ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ölkənin daxili və xarici siyasətini dalana sürükləyib.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bu məsələ özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 8-də Astanada keçirilən son sammitində də biruzə verdi. İclasdan sonra Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyan geri çağırılıb. Astana sammitinin Ermənistan üçün rüsvayçılıqla yekunlaşmasından dərhal sonra erməni mətbuatında Qazaxıstan və Belarus prezidentlərinə qarşı ittihamlar səsləndirilib. İşğlaçı ölkədə parlament uğurunda mübarizə də güclənir. Məhz dekabrdakı seçkilərdən sonra hansı qüvvələrin qalib gələcəyi bilinəcək. Yeni baş nazirin kimliyi və Nikol Paşinyanın yenidən baş nazir olub-olmayacağı da seçkinin nəticələrindən asılıdır. Paşinyan Serj Sarkisyandan canını birdəfəlik qurtarmaq üçün terrorçu, Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Jirayr Səfilyanı azadlığa buraxıb. Paşinyan bununla radikal millətçilərə jest etməyə çalışır. Serj Sarqsyan isə Respubilka Partiyasının son iclasında sərt çıxış edərək belə davam edəcəyi təqdirdə daşı-daşı üstündə qoymayacağına dair bəyanat verib.

“Hraparak” qəzeti yazır ki, Serj Sarkisyan partiyanın seçki siyahısına başçılığı keçmiş müdafiə naziri Vigen Sarkisyana tapşırıb. Sabiq prezident Levon Ter-Petrosyan və partiyası isə parlament seçkilərini boykot edib. Ermənistan Milli Konqres Partiyasının rəhbərliyində əksəriyyət hesab edir ki, seçkidə iştirak edəcəkləri halda məğlub olacaqlar. Ona görə də parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: