Ürəyi möhkəmləndirən yemişan çayı

163

Payızda ürək üçün ən faydalı giləmeyvələrdən biri olan yemişan yetişir.

Yemişan qədim zamanlardan ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Müasir tibb də yemişanın bu xüsusiyyətlərini təsdiq edir.

Ürəyin sağlamlığını bərpa etmək və qorumaq məqsədi ilə yemişandan hazırlanmış faydalı müalicəvi çay için.

NUHÇIXAN sizə yemişan çayının reseptini təqdim edir:

Kiçik termosa 2 x.q. yemişan meyvəsini, üzərinə yarım l qaynar su tökün, axşamdan səhərə qədər saxlayın, səhər dəmləməni süzün və gün ərzində 3 dəfə adi çay kimi için.

Yemişan çayının faydaları:

– damarları genişləndirir

– beyin qan dövranını yaxşılaşdırır

– ürək ritmini tənzimləyir

– damarların divarlarını möhkəmləndirir

– qanda xolesterinin səviyyəsini aşağı salır

– şəkərin səviyyəsini aşağı salır

– sakitləşdirir

– yuxusuzluq zamanı kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: