Dövlət qulluqçuları seminarda iştirak edib

692

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda seminar keçirilib. Seminarda muxtar respublikanın rayon (şəhər) icra hakimiyyəti orqanlarının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdirləri və kargüzarlıq işi üzrə məsul olan əməkdaşlarından ibarət 20 dövlət qulluqçusu iştirak edib. 

Seminarda  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsinin əhəmiyyətindən, seminarın məqsədindən danışıb. 

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri İlkin Abdullayev “Dövlət orqanlarının kargüzarlıq xidməti əməkdaşlarının qarşısında duran vəzifələr” mövzusunda çıxış edib. Şöbə müdiri qeyd edib ki, cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyəti orqanlarında kargüzarlığın aparılmasına nəzarət məqsədi ilə həmin orqanların kargüzarlıq xidmətlərində sənədləşmə qaydalarına baxışlar keçirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, qeydiyyat jurnallarının və qeydiyyat-nəzarət vərəqələrinin doldurulmasında, kartotekalardan düzgün istifadə edilməsində bir sıra nöqsanlara yol verilib. Yoxlamalar zamanı təlimatın tələblərinə riayət edilməsi kargüzarlıq xidmətinin əməkdaşlarının diqqətinə çatdırılıb və metodiki köməklik göstərilib.

Daha sonra Komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli hazırlanan slaydlar vasitəsilə dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi haqqında danışıb. Həmçinin vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verib. 

Sonda geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: