12-18 noyabr Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsidir

114

Hər il noyabr ayında Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri və bu istiqamətdə siyasətin işlənib hazırlanmasına cavabdeh olan şəxslər arasında təbliğ etməkdir.

NUHÇIXAN Dünya Səhiyyə Təşkilatının (DST) informasiya portalına istinadla xəbər verir ki, antibiotiklərin kəşfindən sonra bu dərman vasitələri müasir təbabətin əsasını təşkil edib. Bununla belə, antibiotiklərdən qeyri-rasional və yanlış istifadə olunması insan və heyvan sağlamlığı praktikasında mikrob əleyhinə preparatlara davamlılığın yaranmasına və yayılmasına şərait yaradır. Mikrob əleyhinə preparatlara davamlılıq mikroorqanizmlər, məsələn, bakteriyalar onların müalicəsində istifadə olunan dərman vasitələrinin təsirini hiss etməyəndə yaranır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: