“Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab çapdan çıxıb

221

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin institutun laboratoriya müdiri, professor Asif Məmmədov və aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Manaf Manafovun “Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitabı nəşr olunub.

Akademiyadan NUHÇIXAN-a bildiriblər ki, kitab kimyəvi tədqiqatlarda, kimyanın tədrisində və kimya sənayesində müasir informasiya texnologiyalarının tətbiqi məsələlərini əhatə edir. Nəşrdə, həmçinin kimyəvi maddələrin molekulyar strukturlarının kompüter generasiyası və vizuallaşdırılması üçün proqram vasitələri, kimyəvi quruluş və reaksiyalar üçün ekspert sistemləri təqdim olunur.

Kitabda kimyanın müasir biznes strategiyası – səmərəli istismar məqsədilə kimyəvi proseslərin və sistemlərin modelləşdirilməsi, istehsal əməliyyatlarının aparılması, geniş biznes ittifaqları və bazar alyanslarının yaradılması üsulları haqqında məlumatlar da yer alıb.

Nəşr tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: