Piylərin əriməyini tezləşdirən məhsullar

282

Artıq çəkidən qurtulmaq üçün qəbul edilən kalorilərin miqdarını azaltmaq, fiziki aktivliyini isə artırmaq lazımdır.

İnsanda endokrin problemlər yoxdursa, bu sadə qayda arıqlamağa kömək edəcək.

Bəzi məhsullar bu işi daha da asanlaşdıra və tezləşdirə bilər. Bu məhsullar piylərin əriməyini stimullaşdırır.

NUHÇIXAN medikforum-a istinadla belə məhsulların siyahısını təqdim edir:

  1. Birinci yerdə yaşıl çay qərarlaşıb. Onun tərkibində olan maddələr metabolizmi sütətləndirir, piylərin əritməsini sürətləndirir. Lakin onu da nəzərə almaq lazımdır ki, yaşıl çaydan sui-istifadə etmək olmaz. Bu qaraciyərə ziyan vura bilər.
  2. Kətan toxumu da piyləri yandırmağa və arıqlamağa kömək edir. Mütəxəssislər hər gün 1-2 x.q. kətan toxumu yeməyi tövsiyə edirlər.
  3. Soğan və sarımsağın tərkibində olan allisin maddəsi piylərin orqanizmdə yığılmasına mane olur.
  4. Sarıkök da maddələr mübadiləsini yaxşılaşdıran və piyləri əridən vasitələrdən biridir.
  5. Qara istiot arıqlamağa kömək edən növbəti ədviyyatdır. İstiot metabolizmi yaxşılaşdırır, piy kütləsinin daha tez azalmasına kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: