Fəal dinləyicilərə hədiyyələr təqdim edilib

203

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxananın fəal dinləyiciləri mükafatlandırılıb.

Tədbirdə qeyd olunub ki, mərkəzdə görmə məhdudiyyəti olan şəxslərin

asudə vaxtlarının təşkili məqsədilə müxtəlif tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir. Bunlarla yanaşı onlar üçün audiokitabxana xidməti də fəaliyyət göstərir. Audiokitabxananın katoloqu dinləyicilərin müraciətinə əsasən daim yeni ədəbiyyatlarla zənginləşdirilir. Hazırda kitabxanada 1381 audiokitab və digər audiomateriallar mövcuddur. Audiokitabxanada 18 bölmə üzrə 352 dinləyiciyə xidmət göstərilir.

Vurğulanıb ki, mərkəzin 258 nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra 258 nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər.

Tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: