SOCAR-ın Ukrayna nümayəndəliyi Azərbaycan Respublikasının dövlət bayrağının 100 illiyinə həsr olunan genişmiqyaslı tədbirlər keçirib.
NUHÇIXAN xəbər verir ki, Ukraynanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən ingilisdilli “Kyiv Post” qəzeti Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Bundan başqa, Azərbaycan bayrağı Ukraynanın ən yüksək göydələninin – “Gulliver” Ticarət və Əyləncə Mərkəzinin fasadında əks olunub.