Şahmat üzrə muxtar respublika turniri başlayıb

162

“9 noyabr-Dövlət Bayrağı Günü” həsr olunmuş şahmat üzrə muxtar respublika turnirinə start verilib.

NUHÇIXAN xəbər verir ki, turnirdə şəhər və rayonları təmsil edən 82 şahmatçı qalib olmaq üçün mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə noyabrın 14-də yekun vurulacaq. Ən çox xal toplayan şahmatçı yarışın  qalibi adını qazanacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə qalib gələn idmançılara hədiyyə və pul mükafatları təqdim olunacaq.

                                                                                   Elvin Quliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: