Muxtar respublikanın iqtisadiyyatı beynəlxalq konfransda müzakirə olunub

134

NUHÇIXAN xəbər verir ki. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin “Dünya iqtisadiyyatı və Menecment” Kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov və AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov Türkiyə Cümhuriyyətinin İğdir şəhərində keçirilən II Çoxistiqamətli elmi araşdırmalar mövzusunda beynəlxalq konfransda iştirak ediblər. 

“Yeni istehsal müəssisələrinin yaradılması regionların inkişaf səviyyəsinin tarazlaşdırılmasının və məşğulluğun təmin edilməsinin zəmini kimi” adlı məruzə ilə iştirak edən alimlər Azərbaycanın regional siyasətinin səmərəliliyindən, bu sahədəki proseslərin elmi cəhətdən əsaslandırılmasından, regional inkişafın təminatından, həmin proseslərin məşğulluq səviyyəsinin artırılmasına təsiri imkanlarından və digər məsələlərdən söz açıblar. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafından, onun sosiallaşma səviyyəsindən, sənayeləşmə siyasətinin səmərəliliyindən, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasından və ölkənin səmərəli regional siyasətindəki rolu ilə bağlı iştirakçılara geniş məlumat verilib. Dosent Ceyhun Mahmudov iki bölmə iclasına rəhbərlik edib. Konfransda Naxçıvanın sürətlə inkişaf edən iqtisadiyyatı ilə bağlı verilən suallar cavablandırılıb və  qarşılıqlı elmi müzakirələr aparılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: